AZ

“Bakı Metropoliteni”nin Müşahidə Şurasının yeni tərkibi…

  “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib.

Referans bu barədə QSC-ə istinadən xəbər verir.

Belə ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru Şahin Babayev qurumun Müşahidə Şurasının sədri, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər.

Qeyd edək ki, bu vaxta qədər “Bakı Metropoliteninin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, üzvləri isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri Günel Cavadova, Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Vüqar Məcidli olub.  

Seçilən
76
17
referans.az

10Mənbələr