"Real" İspaniya La Liqasının yei rekorduna imza atıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Madrid təmsilçisi 1-ci turda "Osasuna"ya qalib gəlib - 1:0. Nəticədə "Real" ilk turlarda məğlubiyyətsiz ardıcıl mövsümlərin sayına görə İspaniya çempionatının rekordunu qırıb.
“Kral klubu” 17 ildir ki, La Liqanın ilk turlarında məğlubiyyətdən xəbərsizdir. “Real” sonuncu dəfə 2008/09 mövsümünün əvvəlində “qaymaqlılar” “Deportivo”ya uduzub (1:2).
"Real"ın əvvəlki rekordu 1961-1977-ci illər arasında 16 mövsüm olub.
Bizim.Media