Fələstin ilk dəfə “Miss Universe 2025” müsabiqəsində təmsil olunacaq.
“Cebheinfo.az” xəbər verir ki, Fələstini təmsil edəcək ilk qadın 27 yaşlı Nadeen Ayoubdur.
O bu barədə öz instaqram hesabında məlumat paylaşıb.
2022-ci ildə “Miss Palestine” seçilən Ayoub 130-dan çox ölkə təmsilçiləri ilə eyni səhnəni paylaşacaq.
Qeyd edək ki, noyabrın 21-də Tailandın paytaxtı Banqkokda 74-cü “Miss Universe” müsabiqəsinin finalı keçiriləcək.
“Cebheinfo.az”