AZ

ABŞ nin hərbi gəmisi yandı

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yaponiyanın Okinava əyalətindəki hərbi limanda dayanan ABŞ-yə məxsus amfibi hərbi gəmi “USS New Orleans”-da yanğın baş verdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Yaponiyanın Sahil Mühafizəsinin (Kaiho) verdiyi məlumata görə, əyalətin Uruma bölgəsində yerləşən "White Beach" hərbi limanına demir atan ABŞ-yə məxsus "USS New Orleans" gəmisində yanğın baş verib.

Gəminin ön hissəsində tüstü müşahidə olunub və ekipaj üzvləri yanğına müdaxilə ediblər.

Yanğın nəticəsində hələlik xəsarət alanların olmadığı bildirilib.

Yanğının səbəbi və necə baş verdiyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, təxminən 800 nəfərlik heyətə sahib olan, 203 metr uzunluğunda və 32 metr enində olan bu gəmidə eyni anda 2 nəqliyyat təyyarəsi enə və qalxa bilir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr