AZ

Arvadını öldürüb çürümüş meyiti ilə yaşadı

ain.az, Lent az portalına istinadən məlumat verir.

Rusiyanın Leninqrad vilayətində polis zorakılıq əlamətləri olan 49 yaşlı qadının cəsədini aşkarlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Qatçina rayonunun Novıy Svet qəsəbəsində baş verib. Qeyd olunur ki, meyit artıq çürümə mərhələsində olub.

Hadisə barədə məlumat polisə avqustun 19-u səhər saatlarında yerli sakin tərəfindən verilib. O, qonşusunun arvadını öldürdüyünü bildirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları mənzildə qadının müxtəlif bədən nahiyələrində çoxsaylı sıyrıq və qançır izləri ilə cəsədini tapıblar.

Mənzildə həmçinin 53 yaşlı, sərxoş vəziyyətdə olan Belarus vətəndaşı da olub. O, rayon polis şöbəsinə aparılaraq saxlanma kamerasına yerləşdirilib.

Hazırda istintaq orqanları qadının ölüm şəraitini və dəqiq tarixini araşdırır. Meyit məhkəmə-tibbi ekspertizanın aparılması üçün şöbəyə göndərilib. Cinayət işi başlanması məsələsinə baxılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
lent.az

2Mənbələr