Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanın tarixi torpaqlarından biri olan Laçın rayonu, əsrarəngiz təbiəti, strateji əhəmiyyəti və zəngin mədəni irsi ilə xüsusi yer tutur. Bu torpaq, 30 ildən artıq erməni işğalı altında qalsa da, Azərbaycan xalqının yaddaşında hər zaman müqəddəs və əsrarəngiz bir diyar kimi yaşayıb. 2022-ci il avqustun 26-da Laçın şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən tam nəzarətə götürüldü. Bu mühüm tarixi hadisə hər il "Laçın şəhəri günü" kimi qeyd olunur.
Laçının azad olunması 44 günlük Vətən müharibəsindən sonra əldə olunan uğurların davamı olaraq, regionda sülhün və ərazi bütövlüyümüzün bərpasında yeni bir mərhələ idi. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana qaytarılsa da, şəhərin özü və ətraf kəndlər müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində qalmışdı. Lakin yeni Laçın yolunun çəkilməsi ilə bağlı razılaşmalara uyğun olaraq, Azərbaycan bu ərazilərdə suverenliyini bərpa etdi və 2022-ci il 26 avqust tarixində Laçın şəhərinə tam nəzarət təmin olundu.
Bu gün Laçında yenidənqurma və bərpa işləri geniş vüsət alıb. Dövlətimizin başçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə "Böyük Qayıdış" proqramı çərçivəsində şəhərin infrastrukturunun bərpası, sosial obyektlərin tikintisi və sakinlərin doğma torpaqlarına qaytarılması istiqamətində ciddi addımlar atılır. Artıq bir neçə mərhələdə laçınlı ailələrin öz evlərinə qayıtması təmin olunub.
Laçın Şəhəri Günü yalnız bir coğrafi məkanın azadlığı deyil, həm də Azərbaycanın suverenliyinin, milli iradəsinin və tarixə olan sədaqətinin simvoludur. Bu gün biz təkcə torpaqlarımızın azad olunmasını deyil, həm də ruhumuzun, kimliyimizin, keçmişimizin və gələcəyimizin birliyini qeyd edirik.
Bəli, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağımızın qala qapısı sayılan, qartarlar diyarı Laçın qısa müddətdə əvvəlki şöhrətini bərpa edəcək, onun hər qarışında həyat öz axarını tamamilə tapacaqdır. Bu cənnət məkanın xarici turistləri qoynuna alacağı vaxta çox qalmaməşdır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sidr müavini
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.