News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.
Kanal D-nin sevilən serialı “Uzak Şehir” ilk mövsümü ilə tamaşaçıların böyük marağını qazanmışdı. Ozan Akbaba və Sinem Ünsalın baş rollarını oynadığı serialın yeni mövsümü barədə rəsmi açıqlama hələ verilməyib.
News24.az xəbər verir ki, məlumatlara görə, çəkilişlər 25 avqust 2025-də başlayacaq. Yeni bölümlərin isə 8 sentyabr və ya 15 sentyabr 2025-ci il tarixində, bazar ertəsi günü Kanal D ekranlarında yayımlanacağı gözlənilir.
Serialın 2-ci sezon fragmanı isə hələlik paylaşılmayıb. Tamaşaçılar yeni xəbərləri Kanal D-nin rəsmi saytından və sosial media hesablarından izləyə bilərlər.
Xeyrənsə Piriyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.