Ses qazeti saytına istinadən ain.az xəbər verir.
Fars-molla rejiminin parlamentinin üzvü, baş mollaya yaxın şəxslərdən hesab olunan erməni Qeqard Mənsuriyan Zəngəzur dəhlizinin regionun inkişafına zərər verəcəyini bildirib. Əmmaməli mollardan heç nə ilə fərqlənməyən, əksinə danışığı və hərəkəti ilə onlardan geri qalmadığını nümayiş etdirən erməni cüvəllağı sərsəm açıqlama ilə də çıxış edib. Bildirib ki, Zəngəzur dəhlizinin açılması bölgədə sərhədlərin dəyişdirilməsinə gətirib çıxaracaq. Bu əbasız və çalmasız erməni məxluq bir qədərdə irəli gedərək, özünü fərasətli və diribaş zadlardan olduğunu göstərməyə çalışıb. İddia edib ki, Zəngəzur dəhlizi Turan dəhlizidir və geniş coğrafi əraziləri əhatə edəcək. Hətta baş mollanın yaxını olan erməni parlament üzvü deyib ki, Zəngəzur dəhlizinin açılmasının məqsədi fars-molla rejiminin suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təzyiq etməkdir. Başından yekə sərsəm fikrilər səsləndirməkdən də çəkinməyən erməni zurnaçı bildirib ki, Qərbi Ermənistanın, Təbrizin və digər ərazilərin Azərbaycana məxsus olması əsassızdır. Onun uydurmasına görə, guya bu torpaqlar fars-molla rejiminin tarixi bölgələrindən biridir.
Bu erməni məxluqundan öncə baş mollanın baş müşaviri Əli Əkbər Vilayəti də Tramp marşurutu ( Zəngəzur dəhlizi ) ilə bağlı sayıqlama xarakterli fikirlər söyləmişdir. Canına azar dolmuş formada bildirmişdir ki, onlar Zəngəzur dəhlizi regionun sərhədlərinin dəyişilməsinə gətirib çıxaracaq. Hətta Vilayəti erməni qardaşlarının halına yanaraq qeyd etmişdir ki, Zəngəzur dəhlizinin açılması ERmənistanın parçalanmasına gətirib çıxaracaq. Adama deyən lazımdır, Ermənistan parçalanacaq və xarabazarlığa çevriləcəksə, sizlərə nə? Nədən bu qədər narahatsınız? Azərbaycan Zəngəzur dəhlizinin açılmasını tələb və israr edirsə, lap zor edir, sizə nə düşüb?
O ki qaldı erməni Qeqard Mənsuriyanın sözlərinə, bu qanmazı qandırmaq lazımdır ki, fars-molla rejiminin və ya Rusiyanın, hətta kənar istənilən qüvvənin istəyindən asılı olmayaraq Zəngəzur dəhlizi mütləq açılacaq. Çünki bunu Azərbaycan dövləti istəyir. Ona görə ki, biz millət olaraq qalib xalqıq, dünyanın ən güclülərindənik. İkincisi, erməni tör-töküntüsünün banladığı və fars molla rejiminin üzdəniraq məxluqlarının meydan suladıqları indiki ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Bizim ulularımızın, böyük sərkərdələrimizin, işıqlı ziyalılarımızın qurub, yaratdıqları ərazilərdir. Təəssüf ki, tarixin müəyyən dövründə Azərbaycanın zəifləməsi ölkəmizin torpaqlarının işğal edilməsi və bunun fonunda parçalanmasına gətirib çıxartdı. Təbrizdə farsbaşların hakimiyyəti zəbt etməsi nəticə etibarı ilə Azərbaycan kimi dünyaya hökm edən bir imperiyanın, böyük bir dövlətin parçalanmasının genişləndirilməsinə yol açdı. Nəticə də “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə Azərbaycan Cənubi və Şimali Azərbaycana bölündü. Nəhayət erməni keşişlərinin və əmmaməli molların canlarına üşütmə salan Turan birliyi və onun əhatə edəcəyi coğrafi ərazilər. Bəli Turan yaranacaq və bu birlik bütün dost, qardaş xalqları və dövlətləri əhatə edəcək. Buna heç kimin, o cümlədən də dar düşüncəli, xəbis niyyətli erməni keşişlərinin və əmmaməli molların şübhəsi olmasın.
Ümumiyyətlə, bu məxluqatın arasında bir ağıllısı, regionun inkişafını istəyən və buna çalışanı yoxdur. Necə deyərlər, “O da dəli, bu da dəli, qırılmışın hamısı dəli”. Düzdür onların içində özünü azərbaycanlı adlandıran prezident Məsud Pezaşkian var ki, o qismən də olsa bir növ nala mıxa vuran fikirlər səsləndirir. Deyir ki, Zəngəzur dəhlizinin açılması onlar üçün problem yaratmayacaq. Lakin bu hal da o tabeçiliyində işləyən və Azərbaycan haqqında sərsəm fikirlərlə çıxış edən vəzifə daşıyan molların ağzında vurmur, onları başa salmır ki, qonşu dövlət və xalqla mehriban, dost münasibət qurmaq lazımdır. Susur, bu isə onu deməyə əsas verir ki. Azərbaycanlı adını və damarında türk qanı daşıyan M. Pezaşkian mollardan çəkinir. Hətta üyüdür. Əgər belə olmasa idi, əmmaəməli molların təhriki ilə Ermənistanda iki gün qalıb, ermənilər barəsində pafoslu təriflər yağdırmazdı. Pencəyinin döşünə erməni bayrağını cancıb, erməni prezidenti və baş naziri ilə regionun iqtisadi, siyasi vəziyyətindən danışır və komunkasiyaların açılması məsələsini müzakirə edir. Acı təəssüf yaradan haldır. Yəqin ki, bunu ona Güneyin 50 milyonluq azərbaycanlısı bağışlamayacaq. Özünə haqq qazandırması və iddia etməsi ki, protokol tələbidir, bu da keçərli deyil. Milli maraq hər cür yazılan protokoldan və sənədlərdən yüksək də dayanır. Bunu ən azı M.Pezaşkian anlamalı və dərk etməli idi. Başa düşmürsə deməli onun qanında fars mollasının hüceyrələri var.
İLHAM ƏLİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.