AZ

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində daha 97 kq batareya toplanıb

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi, həmçinin cəmiyyətdə ekoloji məsuliyyətin artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam edir.


Layihə çərçivəsində könüllülər Azərbaycan Hava Yollarından, “Metak” şirkətindən, "Bravo" supermarketlər şəbəkəsinin 28 Mall və 20 Yanvar filiallarından, “Neptun” supermarketlər şəbəkəsinin Xətai filialından ümumilikdə 97 kq işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil veriblər.


Hər kəsi ətraf mühitin qorunması üçün belə təşəbbüslərə qoşulmağa, işlənmiş batareyaları məntəqələrə təhvil verərək təbiətin qorunmasına töhfə verməyə çağırırıq.

Seçilən
26
ekologiya.az

1Mənbələr