Bakıda bazarda ölüm hadisəsi olub.
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən "8-ci kilometr" bazarında (indi adı "Riko"dur - red.) qeydə alınıb.
Burada araba sürən 57 yaşlı Qürbət Hacı oğlu Hacıyev qəfil dünyasını dəyişib. Onun xəstəlik səbəbindən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az