AZ

Əraqçi: ABŞ lap əvvəldən İranın nüvə məsələsi ilə bağlı kompromisli ideyalarını rədd edirdi

ABŞ tərəfi İranla danışıqlar prosesinin əvvəlindən Tehranın nüvə problemi ilə bağlı kompromisli təkliflərini rədd edib və İran tərəfi üçün qəbuledilməz olan şərtlərdə israr edib.

“Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi IRNA agentliyinə müsahibəsində bildirib.

"ABŞ bizim fikrimizcə, qeyri-mümkün olan bir məqsədə nail olmaqda, yəni "sıfır zənginləşdirmə"də israr edirdi", - o qeyd edib.

A.Əraqçinin sözlərinə görə, ABŞ tərəfi üçüncü tərəflər vasitəsilə ziddiyyətli mesajlar ötürür, həmçinin ziddiyyətli bəyanatlarla çıxış edir.

"Problemlərimizdən biri də bundan ibarətdir ki, biz amerikalılardan konkret bəyanat eşitməmişik. Danışıqlar daim dəyişirdi və verilən mesajlar ziddiyyətli idi. Ola bilsin ki, ABŞ tərəfi hələ yekun qərar qəbul etməyib", - o qeyd edib.

Seçilən
16
report.az

1Mənbələr