ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Azərbaycan Mərkəzi Bankında (AMB) məlumatların idarə edilməsinin (Data Governance) qiymətləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, qurum bununla bağlı məsləhət xidmətinin satın alınması üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 350 manatdır.
İddiaçılar təkliflərini sentyabrın 11-nə qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 11-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.