AZ

298 saatlıq yayımdan sonra teleaparıcı dünyasını dəyişib Video

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

46 yaşlı fransız teleaparıcı Jan Pormanov və komandası 10 gündən çox davam edən canlı yayım marafonunda diqqətçəkən ianə toplama kampaniyasına başlayıb.

Canlı yayım 298 saat – yəni 10 gün davam edib. Marafon zamanı Jan Pormanov yuxuda dünyasını dəyişib. Onun dostu aparıcının vəziyyətini yoxlamaq üçün üstünə plastik butulka atıb.

Hadisə sosial şəbəkələrdə böyük rezonans doğurub. Paylaşılan görüntülərdə Pormanovun hərəkətsiz qalması və ətrafdakıların reaksiyası izləyicilərin diqqətini çəkib.

Sosial mediada yayılan digər kadrlar isə aparıcının marafon zamanı alçaldıldığı və işgəncələrə məruz qaldığını göstərir. Qeyd olunur ki, canlı yayıma başlamazdan əvvəl Pormanov “Əgər ölsəm, məsuliyyət mənim üzərimdədir” deyə açıqlama vermişdi.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
olke.az

2Mənbələr