AZ

Yeniyetmə voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Sia Az saytına istinadən ain.az xəbər verir.

Yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Oktyabrda start götürəcək çempionat üç yaş qrupunu (U-14, U-16, U-18) əhatə edəcək.

Yarışda iştirak etmək istəyən komandalar sentyabrın 1-nə kimi federasiyaya müraciət edə bilərlər.

Ötən mövsüm olduğu kimi, bu dəfə də birincilikdə Bakı və region komandalarının iştirakı nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
6
sia.az

7Mənbələr