AZ

Prokurorluqda yeni təyinatlar olub

Prokurorluqda yeni təyinatlar olub.

APA xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsinə təyin olunub.

Baş Prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Bərdə rayon prokuroru Rəşad İsgəndərov ikinci səlahiyyət müddətinə, Şəki rayon prokuroru vəzifəsini icra edən Mehman Xankişiyev Sabirabad rayon prokuroru vəzifəsinə və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini Anar Nəsibov Şəki rayon prokuroru vəzifəsinə təyin olunub.

Seçilən
81
41
apa.az

10Mənbələr