AZ

Biləsuvarda DƏHŞƏT – Yeniyetmə 59 yaşlı qohumunu BIÇAQLADI

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Kənan Abuzərli həmkəndlisi, 1966-cı il təvəllüdlü Azər Babayevi bıçaqlayıb.
 

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına bədəninin müxtəlif nahiyələrindən deşilmiş xəsarətlərlə gətirilən A. Babayev dərhal əməliyyat olunub. Həkimlərin sözlərinə görə, onun vəziyyəti hazırda qənaətbəxşdir.


Məlumata görə, hadisəni törədən yeniyetmənin bacısı xəsarət yetirilən şəxsin gəlinidir. Hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.

Bizim.Media

Seçilən
93
7
bizim.media

10Mənbələr