AZ

MİQ üzrə vakansiya seçimi başlayır

22 avqust saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək. Vakansiya seçiminə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.
Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 25 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Nəzərinizə çatdırırıq ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsində eyni zamanda 1000-nə yaxın vakansiyanın birləşdirilməsi nəticəsində formalaşan yerlər də namizədlərə təqdim olunacaq.

Seçilən
24
24
teleqraf.com

10Mənbələr