AZ

Fahriyə Evcen və Burak Özçivit cütlüyü barədə şiddət iddiaları gündəmdə!

Fahriyə Evcen və Burak Özçivit cütlüyü barədə şiddət iddiaları gündəmdə!Evliliklərində tez-tez problemlər yaşadıqları iddia olunan məşhur cütlük – Fahriyə Evcen və Burak Özçivit bu dəfə "şiddət" xəbərləri ilə gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, iddialara görə, evdə baş verən mübahisə qonşulara qədər yansıyıb, hətta cütlüyün istirahət zamanı da gərgin anlar yaşadığı öne sürülüb.

2013-cü ildə "Çalıkuşu" serialının çəkiliş meydançasında tanış olan və 2017-ci ildə ailə quran Evcen və Özçivit, iki övladları ilə birlikdə uzun müddət "nümunəvi ailə" kimi göstərilirdi. Lakin son illərdə cütlük barədə tez-tez "ayrılırlar?" sualı gündəmə gəlir. Sosial şəbəkələrdəki paylaşımlar və profillərdə edilən kiçik dəyişikliklər bu iddiaları daha da gücləndirirdi.

Son günlərdə isə Fahriyə Evcenin "Instagram" hesabından "Özçivit" soyadını silməsi boşanma xəbərlərini yenidən alovlandırdı. Qısa müddət sonra isə aktrisa həmin soyadı profilinə geri əlavə edərək iddialara dolayı cavab verdi. Ardınca cütlük birlikdə çəkilmiş səmimi fotolarını paylaşaraq "hər şey qaydasındadır" mesajı verdi.

Amma bütün bu gedişatdan sonra ortaya atılan yeni iddialar daha da diqqət çəkdi. Beyaz Magazin verilişində yayımlanan xəbərə görə, cütlüyün evində şiddətli mübahisə yaşanıb, qonşuların yüksək səslər eşitdiyi və mübahisənin fiziki şiddətə qədər uzandığı iddia olunub. Məlumatlara görə, Evcenin sosial şəbəkə profilində etdiyi dəyişiklik də məhz bu mübahisənin nəticəsi kimi dəyərləndirilir.

Hazırda cütlüyün yaxın çevrəsindən və ya menecerlərindən rəsmi açıqlama verilməyib. Lakin sosial şəbəkələrdə müzakirələr davam edir və xüsusilə övladları olan bir ailə ilə bağlı "şiddət" iddialarının gündəmə gəlməsi pərəstişkarlarında ciddi narahatlıq yaradıb.

Defələrlə ayrılıq xəbərləri ilə gündəmə gəlib hər dəfə bu iddiaları təkzib edən Evcen və Özçivit cütlüyünün bu dəfə necə reaksiya verəcəyi böyük maraq doğurur. Şiddət iddialarının həqiqəti hələ ki, təsdiqlənməyib, gözlər isə məşhur cütlüyün rəsmi açıqlamasına yönəlib.

Seçilən
72
sonxeber.az

1Mənbələr