AZ

Şəxsiyyət travmalarla deyil, onlara münasibətlə formalaşır

Bakı. Trend:

Uşaqlıq travmaları insanın həyat təcrübəsinin bir hissəsidir vəşəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Travmaları yalnızmənfi emosiyalarla əlaqələndirmək düzgün yanaşma deyil.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı nazirliyin 2 nömrəli KlinikPsixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt RövşənNəcəfov bildirib.

Onun sözlərinə görə, travmaların insana təsiri yaş dövrlərinəgörə fərqlənə bilər:

“İnsan arxaya boylananda gördükləri onun keçmiş təcrübələridir.Uşaqlıqda alınan fiziki və ya psixoloji travmalar gələcəkdə insanındavranışına və düşüncə tərzinə təsir edir. Əslində travmanınözündən çox ona münasibət daha böyük rol oynayır. Eyni hadisə hərinsanda fərqli nəticə yaradır: bəzilərinin dayanıqlılığınızəiflədib, digərlərində isə gücləndirir. Şəxsiyyət həm müsbət, həmdə mənfi təcrübələrin sintezindən yaranır”.

R.Nəcəfov qeyd edib ki, insanın yetkinlik dövründə nitqi,davranışı və emosional reaksiyaları çox vaxt uşaqlıq təcrübələrinintəsiri ilə formalaşır:

“Uşaqlıq illərində yaranan emosional izlər insanın gələcəkdəözünüifadəsinə, münasibətlərinə və stresslə mübarizə bacarıqlarınabirbaşa təsir edir. Bəzən bu travmalar gizli qalaraq illər sonra işhəyatında, ictimai münasibətlərdə və şəxsi əlaqələrdə çətinliklərəsəbəb olur. Əgər bu izlər gündəlik həyat keyfiyyətinə mənfi təsirgöstərirsə, psixoterapiya vasitəsilə həmin emosional yüküyüngülləşdirmək mümkündür. Psixoloji immunitet hadisəni inkaretmədən, onu olduğu kimi qəbul edib, onunla yaşamağı öyrənməkləformalaşır. Terapiya insana travmanı inkar etmədən qəbul etməyi,daha sağlam şəkildə yaddaşda yerləşdirməyi və həyatına davam etməyiöyrədir. Bu proses psixoloji dayanıqlılığı gücləndirir və gələcəkdəoxşar vəziyyətlərə daha sağlam yanaşmağa imkan yaradır”.

Seçilən
139
1
az.trend.az

2Mənbələr