AZ

Bakı məhkəməsi məşhur cinayətkarın ekstradisiyasına icazə verdi

Hindistanın Carkhand Polisinin ən çox axtardığı cinayətkar Mayank Singh 22-23 avqust tarixlərində Azərbaycandan ekstradisiya ediləcək. 

"Unikal" xəbər verir ki, bu barədə Hindistan mətbuatı yazıb. 

Məşhur cinayətkarı Hindistana aparmaq üçün Carkhand Polisinin xüsusi təyinatlı qrupu artıq Azərbaycana gəlib. 

Carkhand Polisindən verilən məlumata görə, təqsirləndirilən Sunil Kumar ləqəbli Mayank Sinq avqustun 23-də Azərbaycan Respublikasından Hindistana ekstradisiya ediləcək. 

Qeyd olunub ki, Singh ümumilikdə 48 cinayət hadisəsi törədib. Onun cəzalandırılması üçün hazırlıqlara başlanılıb.

Məlum olub ki, cinayətkar 29 oktyabr 2024-cü ildə Azərbaycanda saxlanılıb. Saxlanıldıqdan sonra Azərbaycan Respublikası Hindistandan ekstradisiya dosyesini tələb edib. Buna uyğun olaraq, polis Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan Respublikasına lazımi sənədləri təqdim edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsin ekstradisiya materialları əsasında məhkəmə prosesi keçirilib. Məhkəmə 2025-ci il yanvarın 27-də Mayank Singhin Hindistana ekstradisiyasını təsdiqləyib. Bu qərardan sonra Mərkəzi Təhqiqat Bürosu (CBI) və Yeni Dehli Polisi ekstradisiya ilə bağlı lazımi tədbirlər görməyi tapşırıb. 

Ağarza Elçinoğlu

Seçilən
67
50
unikal.az

10Mənbələr