AZ

Adaptasiya nədir? -Psixoloqdan AÇIQLAMA

"Adaptasiya uyğunlaşm prosesidir".

Redaktor.az xəbər verir ki, bu sözləri 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu Rövşən Cəfərov bildirdi.

"Yəni istər yeni mühitə bizim uyğunlaşmağımız, istər yenidən gəlib uyğunlaşmağımız, xüsusən də indi insanların müəyyən hissəsi məzuniyyətdədir, istirahət edirlər və yenidən o işə qayıdıb işə adaptasiya olmalıdır və yaxud da məktəblilər məktəbə qayıdırlar və yaxud da yeni məktəbə gedənlər var ki, onlar bir adaptasiya prosesi keçirirlər və yaxud da bu münasibətlərdə də belədir, insanlara bir-birinə bir adaptasiya olma prosesi var və adaptasiya sırf zamana bağlı anlayışdır. Əgər bir insanın ümumiyyətlə adaptasiya problemi varsa, mütləq orda hər hansı bir psixoloji narahatlıqları müşahidə eləmək lazımdır. Çünki insan adaptasiya olunan bir canlıdır. İnsan üçün ümumiyyətlə yeniliyə adaptasiya olmasında, yəni bir təbiət olaraq burda heç bir problem yoxdur. Amma ki, təbii ki, burada zaman və şəxsin bilik və bacarıqları çox önəmlidir adaptasiya prosesində. Çünki şəxs istər-istəməz ön yarğı ilə rastlaşa bilər, hər hansısa bir düşüncə qısqanması ilə rastlaşa bilər və bu zaman onun adaptasiya olma prosesi uzana bilər", - deyə psixoloq qeyd etdi.

Nuriyyə NATİQQIZI

Seçilən
84
1
redaktor.az

2Mənbələr