ain.az bildirir, Tribuna saytına əsaslanaraq.
“Əgər tikilərsə, Sünik marşrutu İran sərhədlərindən daha uzaqda olmalıdır. Dəhliz Ermənistanın mərkəzi rayonlarına yönəldilməlidir ki, İran Cənubi Qafqazla olan marşrutlarında daha az təsirlənəcəyinə daha çox əmin ola bilsin”. Tribunainfo.az xəbər verir ki, bu təkliflə iranlı ekspert Hamed Xosrovşahi çıxış edib.
O deyib ki, 2020-ci ildən sonra yaranmış vəziyyətdən dolayı İranın Qafqazla bağlı siyasəti yenidən müəyyən edilməlidir.
Xosrovşahi daha sonra Ermənistanın da ünvanına söz deyib. “Ermənistan sanki İranın qırmızı xətlərinə məhəl qoymur. Özünü bir çox hallarda şübhəli aparmaqla yanaşı, Qərblə də dərin əlaqələri qurur”.
Ekspert onu da vurğuylayıb ki, Ermənistan hökuməti yeni marşrut üzərində öz suverenliyini üçüncü tərəfə, istər Türkiyə və Azərbaycana, istərsə də ABŞ və Avropa olsun, verməməlidir.
Fərda Uğur
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.