ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) qarşısında avtomobilini yandıran şəxsin kimliyi və keçmişi diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, hadisə avqustun 19-da səhər saatlarında Ankaranın Çankaya rayonunda baş verib. Mersindən hərəkət edən 57 yaşlı Mehmet Emin F. TBMM-nin qarşısında ağ rəngli “Toros” markalı avtomobilini yandırıb. Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb və maşın yararsız hala düşüb. Şübhəli polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi açıqlayıb ki, həmin şəxs psixoloji problemlərdən əziyyət çəkir və 16 müxtəlif cinayət qeydi mövcuddur. Onun üzərində “oğurluq”, “rəsmi sənədləri saxtalaşdırma”, “avtomobil oğurluğu”, “ictimai təhlükəsizliyi qəsdən təhlükəyə atmaq” kimi ittihamlar var. Nazirliyin məlumatına görə, şübhəli Xüsusi İstehlak Vergisində (XDV) endirim gözləyirmiş və bu baş vermədiyi üçün avtomobilini yandırıb.
Araşdırma zamanı məlum olub ki, Mehmet Emin F. 2006-cı ildə Mersində şəhid dəfnində izdiham yaratmağa cəhd edib və 2007-ci ildə “Cinali qrupu” adlı mütəşəkkil cinayət təşkilatının üzvü olub.
Ankara Respublika Baş Prokurorluğu faktla bağlı “ictimai təhlükəsizliyi qəsdən təhlükəyə atmaq” ittihamı ilə istintaqa başlayıb.
Eltac Zülfüqaroğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.