AZ

Yarım saat suyun altında qaldı, dünya rekordu qırdı

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xorvatiyalı fridrayver (sualtı üzgüçü) Vitomir Mariçiç heç bir kənar kömək olmadan 29 dəqiqə 3 saniyə suyun altında qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu göstərici ilə o, adını Ginnesin rekordlar kitabına yazdırıb.

Mariçiç suya dalmamışdan əvvəl 10 dəqiqə təmiz oksigenlə nəfəs alıb ki, bu da onun qanında oksigenin miqdarının artmasına və eyni zamanda su altında uzun müddət qalmasına kömək edib.

Qeyd edək ki, bundan əvvəlki rekord digər xorvatiyalıya məxsus olub. Budimir Şobat adlı üzgüçü su altında havasız 24 dəqiqə 37 saniyə qala bilmişdi.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
525.az

1Mənbələr