AZ

"Roma"dan "Borussiya Dortmund"a

“Roma”nın hücumçusu Matiyas Sule karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Sky Sports Germany"a istinadən məlumatına görə, argentinli futbolçu “Borussiya Dortmund”un diqqət mərkəzinə düşüb.22 yaşlı futbolçunun nümayəndələri artıq alman klubuyla transfer məsələsində danışıqlara başlayıblar.

Əgər transfer həyata keçərsə, “Borussiya Dortmund” “Roma”ya təxminən 30 milyon avro ödəyəcək.

Keçən mövsümdə hücumçu “Roma”nın heyətində 39 oyuna çıxıb, 5 qol vurub və 5 asist verib. Onun bazar dəyəri Transfermarkt-ın məlumatına görə 30 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
29
90deqiqe.az

1Mənbələr