
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya başçısı Ankoricdə keçirilən Rusiya-Amerika sammiti ilə bağlı fikirləri ilə bölüşüb:
“Rusiya Prezidenti Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı Ankoricdə keçirilən Rusiya-Amerika sammiti ilə bağlı fikirlərini bildirib”.
Qeyd edilib ki, liderlər həmçinin Ukrayna ətrafında baş verən son hadisələri müzakirə ediblər:
“Rusiya tərəfi İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların aparılmasında Türkiyənin göstərdiyi yardımı məmnunluqla qeyd edib. Həmçinin ikitərəfli gündəlikdəki bəzi cari məsələlərə, o cümlədən ticarət və investisiya əlaqələrinin daha da inkişaf etdirilməsi məsələsinə toxunulub. Şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb”.