Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsində üç göstəricidə liderdir.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu hazırda turnirdə ən çox qol vuran komandadır.
“Köhlən atlar” keçirdiyi 5 qarşılaşmada 13 qola imza atıb. İsveçin “Malmö” və Serbiyanın “Srvena Zvezda” kollektivləri 11 qolla 2-3-cü yerləri bölüşdürürlər.
Bundan əlavə, Azərbaycan çempionu topa ən çox sahib olan komandadır. Ağdamlılarda orta göstərici 62 faizə bərabərdir. “Srvena Zvezda” (54 faiz) ikinci, Şotlandiyanın “Reyncers” (52 faiz) klubu üçüncüdür.
“Qarabağ” rəqibdən top almaqda da ilk sıradadır. Futbolçular 5 qarşılaşmada 42 dəfə buna nail olublar. Kiprin “Pafos” (41) kollektivi ikinci, Macarıstanın “Ferentsvaroş” (39) komandası üçüncü olub.
Xatırladaq ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Ferentsvaroş”a 3:1 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya saat 20:45-də start veriləcək.