AZ

İrandan deport olunan əfqanlar avtobusda yandı - 19-u uşaq imiş...

İrandan deportasiya olunan 79 əfqanın içində olduğu avtobus Əfqanıstanda qəzaya uğrayıb.

Mia.az xarici mətbuiata istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani "Associated Press" açıqlama verib.

O  bildirib ki, Əfqanıstanın İranla sərhədində Herat vilayətində baş verən qəzada İrandan deportasiya edilən 79 əfan yanaraq ölüb, iki nəfər xəsarət alıb: "Ölənlərdən 19-u uşaq olub..."

Herat vilayət administrasiyasının sözüçsü Əhmədullah Möttəki isə deyib ki, yüksək sürətlə hərəkət edən avtobus idarəetməni itirərək motosiklet və yük maşını ilə toqquşub: "Qəzzadan dərhal sonra avtobus alışıb. Alov qısa zamanda bütün avtobusu cənginə alıb..."

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
55
mia.az

1Mənbələr