AZ

Uitkoff Putin və yaxın ətrafı ilə 24-25 saat keçirdiyini deyib

Uitkoff Putin və yaxın ətrafı ilə 24-25 saat keçirdiyini deyib

ABŞ prezidentinin xüsusi elçisi Steven Uitkoff Rusiya prezidenti Vladimir Putin və onun yaxın çevrəsi ilə ümumilikdə təxminən 24-25 saat görüş keçirdiyini bildirib.

AFN.az xəbər verir ki, o, bu barədə "Fox News"a müsahibəsində danışıb.

Jurnalistin ümumilikdə Rusiya prezidenti ilə neçə saat qaldığı haqda sualına Uitkoff belə cavab verib: “Yəqin ki, təxminən 24 və ya 25 saat”. O, konkret olaraq Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrovun adını çəkərək onunla, eləcə də bəzi adamları ilə şəxsən vaxt keçirdiyini qeyd edib.

Uitkoff dəfələrlə Rusiyaya uçub və orada Rusiya rəhbərliyi, o cümlədən Vladimir Putin tərəfindən qəbul edilib. Tərəflər, xüsusilə, Ukrayna nizamlanması məsələlərini müzakirə ediblər.

Seçilən
10
afn.az

1Mənbələr