AZ

Azərbaycandan xarici bazarlara pomidor ixracı 22,8 faiz artıb

Azərbaycandan xarici bazarlara pomidor ixracında ciddi artım müşahidə olunur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkəmizdən 143 577,7 ton pomidor ixrac edilib. Pomidor ixracının ümumi dəyəri 157 milyon dollara yaxındır.

Bu ilin ilk 7 ayı ərzində pomidor ixracında həcm olaraq 22,8 faiz, dəyər olaraq 12,4 faiz artım qeydə alınıb.

Xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracı davam edir.

Seçilən
35
8
vergiler.az

10Mənbələr