AZ

Tramp meksikalılara mane olmağın yolunu tapıb VİDEO

ain.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az bildirir ki, belə açıqlama verən ABŞ-nin Daxili Təhlükəsizlik naziri Kristi Noemin sözlərinə görə, işçilər artıq divarın bir hissəsini rəngləməyə başlayıblar. “Bu əmr prezident Donald Trampdan alınıb. Bütün sərhəd divarını qara rəngə boyayacağıq”, - nazir jurnalsitlərə açıqlamasında deyib. Amerika liderinin fikrincə, qara boya miqrantları divara dırmaşmaqdan çəkindirəcək, çünki isti havada qara rəngli divar çox qızacaq. Kristi Noemin bölgəyə səfəri ABŞ-nin cənub sərhəddində həbslərin azaldığı vaxta təsadüf edir ki, bunun da əsas səbəbi icra tədbirlərinin gücləndirilməsidir. Texasın qərbini və bütün Nyu-Meksiko ştatını əhatə edən El-Paso sektorunun rəhbəri vəzifəsini icra edən Uolter Slosar, Sərhəd Patrulunun hazırda gündə orta hesabla 41 adamı həbs etdiyini bildirib. Orta hesabla həbslər bir il əvvəl gündə təxminən 400, 2023-cü ildə isə təxminən 2300 nəfər təşkil edirdi.

Трамп распорядился покрасить стену на границе с Мексикой в черный цвет, чтобы она больше раскалялась на солнце и мешала нелегалам перелезать через нее. pic.twitter.com/UyZYcRJczB

— Seymur Bakshev (@SBakshev) August 20, 2025

Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
98
1
azvision.az

2Mənbələr