AZ

Tramp meksikalılara mane olmağın yolunu tapıb | VİDEO

AzVision.az bildirir ki, belə açıqlama verən ABŞ-nin Daxili Təhlükəsizlik naziri Kristi Noemin sözlərinə görə, işçilər artıq divarın bir hissəsini rəngləməyə başlayıblar.

“Bu əmr prezident Donald Trampdan alınıb. Bütün sərhəd divarını qara rəngə boyayacağıq”, - nazir jurnalsitlərə açıqlamasında deyib.

Amerika liderinin fikrincə, qara boya miqrantları divara dırmaşmaqdan çəkindirəcək, çünki isti havada qara rəngli divar çox qızacaq.

Kristi Noemin bölgəyə səfəri ABŞ-nin cənub sərhəddində həbslərin azaldığı vaxta təsadüf edir ki, bunun da əsas səbəbi icra tədbirlərinin gücləndirilməsidir.

Texasın qərbini və bütün Nyu-Meksiko ştatını əhatə edən El-Paso sektorunun rəhbəri vəzifəsini icra edən Uolter Slosar, Sərhəd Patrulunun hazırda gündə orta hesabla 41 adamı həbs etdiyini bildirib. Orta hesabla həbslər bir il əvvəl gündə təxminən 400, 2023-cü ildə isə təxminən 2300 nəfər təşkil edirdi.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
102
1
azvision.az

2Mənbələr