AZ

Rəşad Nəbiyev Şabranda vətəndaşları qəbul edəcək

Bakı.Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 29 avqust2025-ci il tarixində saat 09:30-da Şabran rayonunda yerləşən HeydərƏliyev Mərkəzində Şabran, Siyəzən, Xızı rayonları və Sumqayıtşəhərinin sakinlərini qəbul edəcək.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatyayıb.

Bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat,telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçtxidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlıvətəndaşları dinləyəcək.

Qəbula 28 avqust 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları vədigər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda avqustayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyatakeçiriləcək.

Seçilən
197
12
az.trend.az

10Mənbələr