“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisi “Zalsburq”dan Dorgeles Neneni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.
Türkiyə mətbuatı yazıb ki, "Fənərbaxça" Nene üçün 20 milyon avro ödəyəcək.
Qeyd edək ki, Mali millisinin üzvü bu mövsüm “Zalsburq”la 11 oyunda 2 qol vurub.