AZ

Braziliyalı qapıçı futbol tarixinə düşdü

“Fluminense”nin qapıçısı Fabio futbol tarixində ən çox rəsmi oyunda meydana çıxan futbolçu olub.

Publika.az xəbər verir ki, 44 yaşlı braziliyalı qolkiper bu gecə Cənubi Amerika Kuboku çərçivəsində “Amerika de Kali” ilə matçda (2:0) karyerasının 1391-ci oyununu keçirərək rekord qırıb.

Bununla o, İngiltərə millisinin sabiq qapıçısı Piter Şiltonun (1 390 oyun) rekordunu ötüb. Bu göstəricidə "ilk üçlüy"ü "Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo qapayır. Onun aktivində 1283 oyun var.

Fabio "Kruzeyro" ilə 976, "Fluminense" ilə 235, "Vasko da Qama" ilə 150 və "Uniao Bandeyrante" ilə 30 matç keçirib.

Seçilən
63
2
publika.az

3Mənbələr