"Qalatasaray"ın hücumçusu Mauro İkardi 281 günlük bərpadan sonra meydana qayıdıb.
Publika.az xəbər verir ki, İkardi "Karagümrük"la oyunda (3:0) qol vurub.
Matçdan sonra argentinalı futbolçu sevgilisi Çina Suaresə həsr olunmuş emosional paylaşım edib və hovuz kənarında birlikdə çəkilmiş fotolarını yayımlayıb.
İkardi qeyd edib: "Sən mənim ruhuma və qəlbimə qayğı göstərdin". Suares isə cavabında "Səninlə qürur duyuram. Səni sındıra bilmədilər", - deyə yazıb.
Qeyd edək ki, İkardi Vanda Nara ilə qalmaqallı boşanma prosesini davam etdirir.