Hurriyyet.az "Belta" agentliyinə istinadla xəbər verir ki, Tehran Qərbin sanksiyalarını neytrallaşdırmaq üçün Minsk ilə əməkdaşlıq etməyə hazırdır. İran Prezidenti Məsud Pezeşkian Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı bu barədə məlumat verib.
Pezeşkian deyib: "İran ilə belarus beyəlxalq arenada bir-birini dəstəkləyirlər. Bu, çox mühüm və qiymətlidir. Biz qarşlıqlı etibar və qarşlıqlı etimad əsasında əməkdaşlıq edirik. İran İslam Respublikası Qərbin qeyri-qanuni sanksiyalarını neytrallaşdırmaq üçün Belarus Respublikası ilə əməkdaşlıq etməyə hazırdır".
Hürr Tərcüman