AZ

Rusiyanın böyük qardaşı hədəfdə: Putin imzaladı, ABŞ qorxuya düşdü İnanılmaz xəyanət

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya ilə Çin arasındakı münasibətlər son illərdə diqqətçəkən şəkildə inkişaf edib. İki ölkə bir-birinə iqtisadi, hərbi və siyasi sahələrdə strateji tərəfdaş kimi yanaşır.

Moskvanın Pekinlə yaxınlığının arxasında ABŞ və Avropanın dayandığına dair iddialar maraq doğurur. Gündən-günə güclənən Çinin Vaşinqton və Qərb üçün təhdid kimi qəbul edildiyi, Rusiyanın bu ölkənin qarşısına bir növ vasitəçi kimi çıxarıldığı bildirilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Rusiya-Çin münasibətləri rəsmi olaraq “məhdudiyyətsiz tərəfdaşlıq” kimi təqdim olunur:

“2022-ci ilin fevralında Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin bu barədə bəyannamə imzalayıblar. İqtisadiyyat, enerji, nəqliyyat, diplomatiya və hərbi əməkdaşlıq sahələrində geniş əlaqələr var. Ukrayna müharibəsindən sonra Rusiya Qərb bazarını demək olar ki, itirib və xam neft, qaz satışında Çindən çox asılı vəziyyətə düşüb. Çin Rusiyanın ən iri alıcısına çevrilib.

İki ölkə birgə hərbi təlimlər keçirir, lakin Pekin hələlik Moskva kimi açıq şəkildə Qərblə üz-üzə gəlməkdən çəkinir. Çin Rusiyaya texnoloji dəstəkdə ehtiyatlı davranır ki, sanksiyalara tuş gəlməsin.

Bu ölkə Qərbin əsas strateji rəqibi kimi uzunmüddətli dövrdə daha böyük təhlükə hesab olunur. Çünki Çinin iqtisadiyyatı sürətlə böyüyür, yüksək texnologiya, süni intellekt və müdafiə sənayesində ciddi potensialı var. ABŞ-ın strateji sənədlərində dəfələrlə vurğulanır ki, Rusiya qısamüddətli və kəskin təhlükədir, Çin isə uzunmüddətli sistemli rəqibdir”.

Həmçinin oxuyun:

Kartlar açılır: Zelenski bu addıma gedir – Britaniyalı politoloqlar gizli ssenaridən danışır / EKSKLÜZİV

Anar İsayev

Siyasi şərhçinin sözlərinə görə, ABŞ Rusiyanı neytrallaşdırıb Çinə qarşı yönəltmək istəyir:

“Rusiya Qərb ilə münasibətləri kəskin şəkildə pozub və sanksiyalar altındadır. Pekin isə Moskvanın iqtisadi “lifti” rolundadır, ona görə bu ölkədən asılıdır. ABŞ-ın Rusiyanı öz yanına çəkməsi üçün sanksiyaların yumşaldılması və Ukrayna məsələsində güzəştlər gərəkdir. Alyaska görüşündən sonra bunu müşahidə edə bilərik.

Amma Vaşinqtonun hədəfi ən azı Moskvanın Pekinin tam strateji müttəfiqinə çevrilməsinə mane olmaqdır. Yəni ABŞ Çin–Rusiya blokunu tam möhkəmlənmədən dağıtmaq istəyir.

İki ölkənin münasibətləri formal olaraq çox sıxdır, amma bu, əsasən məcburi əməkdaşlıqdır: Rusiya Çindən asılıdır, Pekin isə ehtiyatlı davranır. Qərbin bütün proseslərinin əsas hədəfinin Çin olması müəyyən qədər doğrudur, çünki ABŞ üçün uzunmüddətli rəqib odur.

Lakin Vaşinqtonun Moskvanı Pekinə qarşı öz tərəfinə çəkməsi qısa və orta müddətdə real görünmür. Məqsəd daha çox Rusiyanı zəiflədib, Çinin yükünü təkbaşına çəkməyə imkan tanımamaqdır”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
2
globalinfo.az

3Mənbələr