AZ

Adriana Lima evini satır Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Braziliyalı top model Adriana Lima və həyat yoldaşı Andre Lemmers “Los Angeles Brentwood”dakı dəbdəbəli malikanəsini satır.

“Qafqazinfo” “The Wall Street Journal”a istinadən xəbər verir ki, onlar yüksək texnologiya ilə təchiz olunmuş evlərini 16 milyon dollara (27 milyon 200 min manat) satışa qoyublar.

Satışa çıxarılan ev lazer şüaları və süni intellekt tərəfindən gücləndirilmiş təhlükəsizlik sistemi ilə qorunur.

Lima və Lemmersin bu evi satışa çıxarmalarının əsas səbəbi evin uzaqda olmasıdır.

Onlar bir müddətlik ABŞ-nin şərq sahillərində yaşamağı düşündüklərini bildiriblər.

Xatırladaq ki, braziliyalı model və yoldaşı bu evi 3 il əvvəl 12.35 milyon dollara alıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
qafqazinfo.az

3Mənbələr