AZ

İsrailin müdafiə naziri: "Qəzza öz görkəmini tamamilə dəyişəcək"

İsrail ehtiyatda olan hərbçilərin səfərbərliyini elan edəcək.

Herbiand.az xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət televiziyası məlumat yayıb.

Öz növbəsində, İsrail ordusunun "Qaley Saxall" radiostansiyası Qəzza şəhərinin ələ keçirilməsi əməliyyatının 2026-cı ilə qədər davam edəcəyini və ehtiyatda olan 130 min hərbçinin orduya cəlb ediləcəyini qeyd edib.

İsrailin müdafiə naziri İsrael Katsın mətbuatda dərc edilən yeni açıqlamasında isə qeyd olunur ki, İsrailin həlledici əməliyyatından sonra Qəzza şəhəri öz görkəmini tamamilə dəyişəcək və daha əvvəlki kimi görünməyəcək.[Oxu.az]

Seçilən
11
herbiand.az

1Mənbələr