AZ

Yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi faktı üzrə cinayət işi başlanıb

Avqustun 19-da saat 21 radələrində Gəncə şəhəri ərazisində yetkinlik yaşına çatmayan K.N-nin (şərti) öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə XQ-yə Gəncə șəhər prokurorluğundan məlumat verilib.

Araşdırmalarla yetkinlik yaşına çatmayan R.B-nin (şərti) Gəncə șəhəri, Dəmiryolu vağzalı adlanan ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək K.N-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Gəncə șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, R.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

 Hazırda ibtidai istintaq davam edir.

Seçilən
88
21
xalqqazeti.az

10Mənbələr