2025-2026-cı tədris ilinə sayılı günlər qalıb və birinci siniflərə qəbul prosesi davam edir. Ailələr həm yeni təhsil ilinə başlamağın həyəcanını, həm də məktəb hazırlıqlarının təlaşını yaşayır.
Far.Az-in məlumatına görə, bu səbəbdən artıq bir çox valideyn övladları üçün məktəb ləvazimatları mağazalarına üz tutur.
Məktəbli ləvazimatlarının qiymətləri müxtəlif kateqoriyalarda fərqlənir:
Dəftərlər:
12 vərəqli dəftər – 0,30 AZN
40 vərəqli dəftər – 0,45 AZN
48 vərəqli dəftər – 0,70 AZN
60 vərəqli dəftər – 0,90 AZN
100 vərəqli dəftər – 0,95 AZN
Spirallı dəftər – 1,00 – 4,50 AZN
Qələmlər və karandaşlar:
Qələm – 0,15 – 1,10 AZN
Sadə karandaş – 0,15 – 0,80 AZN
Rəngli karandaş – 1,50 – 8,00 AZN
Flamastır – 1,00 – 16,00 AZN
Qələm qabı – 4,00 – 25,00 AZN
Rəsm və ölçü ləvazimatları:
Rəsm albomu – 1,40 – 3,00 AZN
Xətkeş – 0,30 – 3,00 AZN
Pozan – 0,15 – 2,40 AZN
Yapışqan – 0,35 – 2,10 AZN
Pərgar – 1,00 – 9,00 AZN
Qayçı – 0,80 – 4,00 AZN
Çantalar:
Məktəb çantası – 20,00 – 80,00 AZN
Məktəbli geyimləri:
Qısaqol köynək – 8,00 AZN
Uzunqol köynək – 10,00 AZN
Pencək – 20,00 AZN
Şalvar / Ətək – 15,00 AZN
Qeyd edək ki, bir övlad üçün bütün zəruri məktəb ləvazimatları və geyimlərini təmin etmək üçün 150-200 manat gərəkdir. Lakin bu qiymətlər cari bazar şəraitinə uyğun olaraq dəyişə bilər.