Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Sofi Laqutt təyinatına və iki ölkə arasında əlaqələrə dair paylaşım edib.
Far.Az xəbər verri ki, bu barədə o, "X" hesabında yazıb.
"Ann Buayonun (Fransanın Azərbaycandakı əvvəlki səfiri - red.) yolunu davam etdirərək tezliklə Azərbaycanda səfir kimi Fransaya, bizim maraqlarımıza və soydaşlarımıza xidmət etmək mənim üçün böyük şərəfdir.
Ölkəmiz və Avropa İttifaqı üçün strateji regionda əlaqələrin inkişafını səbirsizliklə gözləyirik. Tezliklə görüşənədək", - deyə o, paylaşımda bildirib.
Honneur de servir prochainement la France, nos intérêts et nos compatriotes en tant qu'ambassadrice en Azerbaïdjan, dans la lignée de @Niece_de_Rameau.
— Sophie Lagoutte 🇫🇷 (@Sophie_Lagoutte) August 19, 2025
Hâte de faire vivre avec l'équipe @FranceBakou les liens 🇫🇷🇦🇿 dans une région stratégique pour notre pays et l'🇪🇺. A bientôt 👋 pic.twitter.com/l01s4N7xKy