AZ

2026-cı ildə "Avroviziya" müsabiqəsinin keçiriləcəyi yer

Yazını böyüt
Yazını kiçilt

Avstriyanın paytaxtı Vyana 2026-cı ilin mayında 70-ci "Avroviziya"ya ev sahibliyi edəcək.

Hafta.az xəbər verir ki, bu barədə müsabiqənin saytında yerləşdirilən məlumatda deyilir. Müsabiqənin keçiriləcəyi şəhər ORF teleradio şirkəti və Avropa Yayım Birliyi (EBU) tərəfindən seçilib. Final mayın 16-da "Viner Ştadthalle" stadionunda, yarımfinallar isə mayın 12-də və 14-də keçiriləcək.

Vyana üçüncü dəfə müsabiqəyə ev sahibliyi edəcək. Bundan əvvəl "Avroviziya" 1967 və 2015-ci illərdə bu şəhərdə keçirilib. Müsabiqənin təşkilatçılarının qeyd etdiyi kimi, Vyana "Avroviziya"nı ən çox qəbul etmiş şəhərlərin reytinqində Kopenhagen, Malmö və Stokholmla dördüncü yeri bölüşür. Yalnız Dublin, London və Lüksemburq daha çox yarışa ev sahibliyi edib.

Bu il mayın 18-də İsveçrənin Bazel şəhərində sayca 69-cu olan müsabiqənin finalı baş tutub. Müsabiqədə Avstriyanın təmsilçisi JJ (Yohannes Piç) qalib gəlib.

Seçilən
66
13
hafta.az

10Mənbələr