AZ

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Yeniazerbaycan saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İtaliyada hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, Lombardiya və Liquriya regionlarında leysan yağışları nəticəsində daşqınlar baş verib. Avqustun 20-si üçün hər iki regionda narıncı hava xəbərdarlığı elan edilib. Milan və Berqamo şəhərlərində isə güclü külək ağacları yollara aşırıb, parklar bağlanıb.

Siciliyada daşqınlar nəticəsində iki avtomobil axına düşüb, mülki müdafiə qüvvələri iki nəfəri xilas edib, birinin axtarışları davam edir.

Ölkə üzrə havanın temperaturu 10 dərəcə aşağı enib, qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
yeniazerbaycan.com

3Mənbələr