Bu gün Sumqayıt şəhərində 3 min 500 abonentin qazı kəsiləcək. Bu barədə SİA-ya "Azəriqaz” İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, şəhərin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı aparılan işlər səbəbindən qaz təchizatında məhdudiyyət olacaq.