AZ

İsrail "Gideonun arabaları - 2" əməliyyatını planlaşdırıb

Hurriyyet.az xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Kats Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib. Növbəti əməliyyata "Gideon-2" adı verilib.

Bu barədə İsrailin "Kan" dövlət teleradio şirkəti məlumat verib. Kats deyib: "Əməliyyatın keçirilməsindən sonra Qəzza şəhərinin siması dəyişəcək və bir daha əvvəlki kimi görünməyəcək".

Teleradio şirkətinin məlumatına görə, yaxın günlərdə İsraildə yeni səfərbərlik elanı gözlənilir.

Hürr Tərcüman

Seçilən
4
1
hurriyyet.az

2Mənbələr