AZ

Milyonçular Britaniyanı tərk edir? - yeni sərvət vergisi qorxusu...


Böyük Britaniya ilə bağlı yeni iddia ortaya atılıb. “Arton Capital” konsaltinq firmasının sorğusuna istinadən Bloomberg agentliyinin məlumatında deyilir ki, Britaniya milyonerlərinin yarıdan çoxu hökumət yeni sərvət vergisi tətbiq edəcəyi təqdirdə başqa ölkəyə köçə bilər.

Sorğunun nəticələrinə görə, respondentlərin təxminən 60 faizi köçdükləri təqdirdə həyat standartlarının yaxşılaşacağına inanırlar. Amerika Birləşmiş Ştatları aparıcı potensial təyinatdır, ondan sonra Kanada, Avstraliya və BƏƏ gəlir. Bu seçim aşağı vergilər və ingilis dilli mühitlə izah olunur. “Arton Capital” sorğusu iyulun sonundan avqustun əvvəlinə qədər ən azı 1 milyon funt-sterlinq (1,4 milyon dollar) gəliri olan mindən çox Böyük Britaniya vətəndaşı arasında aparılıb.

“Bloomberg”in yazdığına görə, Böyük Britaniyanın maliyyə naziri Rachel Reeves 20-25 milyard funt sterlinq (27-33 milyard dollar) büdcə boşluğunu doldurmağa çalışır.

Mətləb

Seçilən
1
baki-xeber.com

1Mənbələr