ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Valideynlər bu adın yeni texnologiya və süni intellekt dövrünə verilən qiymət olduğunu bildiriblər
Kolumbiyalı bir ailə yeni doğulan qızına “ChatGPT” adını verib. AYNA.AZ xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Bildirilib ki, kolumbiyalı ailə Kordobanın kiçik Cerete şəhərində yeni doğulan qızlarına məşhur “ChatGPT” tətbiqindən sonra Chat Yipiti Bastidas Guerra adını verib ki, bu da böyük səs-küyə səbəb olub.
Yerli medianın məlumatına görə, valideynlər bu adın “yeni texnologiya və süni intellekt dövrünə verilən qiymət” olduğunu bildiriblər. Milli Reyestr İdarəsi qeyri-adi adı etiraz etmədən qeydə alıb.
Bir çox istifadəçi, uşağın gələcəkdə belə bir adla çətin anlar yaşayacağına inanaraq, çaşqınlıq və şübhə ilə yanaşıblar. Digərləri əksinə, valideynlərin qərarını orijinal və hətta "proqressiv" hesab ediblər.
Kolumbiyada qanun konkret adları qadağan etməsə də, Milli Reyestr rəsmiləri seçilmiş adın uşağı alçaldacaq və ya onun reputasiyasına təsir edə biləcəyinə inanırlarsa, qeydiyyatdan imtina etmək hüququna malikdirlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.