Bakı. Trend:
Hazırda ölkəmizdə 3 vençur fondu formalaşdırılıb. Onlarınsayının artırılması istiqamətində agentlik tərəfindən işaparılır.
Trend xəbərverir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)İdarə Heyətinin sədri Fərid Osmanov regionlarda həyata keçiriləninnovasiya proqramının yekun təqdimat günündə jurnalistlərəaçıqlamasında deyib.
O bildirib ki, artıq 30-dan çox startapa müvafiq investisiyalayihələri həyata keçirilib. Sədr qeyd edib ki, bu istiqamətdəinvestisiya layihələrinin genişləndirməsi istiqamətində müvafiqqurumlarla birgə işlər aparılır.
"Ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması üçün birneçə mühüm element vardır. Bunlardan da biri məhz startaplarınrahat maliyyələşmə alətləri ilə təmin olunması və müvafiq maliyyəresurslarına çıxışının asanlaşdırılmasıdır.
Beynəlxalq təcrübə nəzərə alınaraq bu istiqamətdə vençurmaliyyələşməsi, eləcə də investisiyaların formalaşdırılmasıistiqamətində davamlı tədbirlər həyata keçirilir", - deyə F.Osmanovfikrini yekunlaşdırıb.